Bu illərdə doğulanları psixi sağlamlığı ən pis olan nəsildir - Araşdırma

4
Yan
2024
14:28

Avstraliyanın Sidney Universitetinin tədqiqatçılarının 1950-ci ildən bəri ardıcıl nəsillər üzərində apardıqları araşdırma diqqəti cəlb edib.

Azreform.info “nypost.com”a istinadla xəbər verir ki, 27 500-dən çox avstraliyalının psixi sağlamlığındakı dəyişiklikləri izləyən elm adamları, Y nəslinin özlərindən əvvəlki nəsillər arasında ən pis psixi sağlamlıq vəziyyətində olduqlarını aşkarlayıblar.

“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmaya görə, psixi sağlamlıq problemləri təkcə gənc nəsillərə yox, həm də qocalığa keçid edənlərə ciddi şəkildə təsir edir.

Araşdırmanın aparıcı müəllifi Dr. Riçard Morris Y nəslinin (1981-1996) digər nəsillərdən fərqli olaraq yaşlandıqca yaxşılaşmadığına diqqət çəkib. 

“Bu günə qədər diqqət uşaq və yeniyetmələrin psixi sağlamlığının azalmasına yönəldilib, çünki fərdlərin yetkinlik yaşına qədəm qoyduqca psixi sağlamlıqlarının yaxşılaşması gözlənilirdi. Lakin araşdırmamız göstərir ki, yalnız uşaqlar üçün narahat olmamalıyıq.

Məlumatlarımız nəinki gənc əhalinin psixi sağlamlığının azalmasının davam etdiyini göstərməklə yanaşı, həm də bu gün 40-50 yaşlarına daxil olan nəslin də risk altında olduğunu ortaya qoyur. Əvvəlki nəsillərdə yetkinlik dövründə gördüyümüz yaxşılaşmanı 1990-cı illərdə doğulmuş insanlarda görmürük”- o deyib.

2001-ci ildən 2020-ci ilə qədər 27 500-dən çox avstraliyalının psixi sağlamlığındakı dəyişiklikləri izləyən tədqiqatçılar ən gənc nəsillərin ən pis psixi problemlərdən əziyyət çəkdiyini aşkar ediblər.

Avstriyalı alimlərin fikrincə, sosial media ölkənin psixi sağlamlığının pisləşməsində mühüm rol oynayır.

Mütəxəssislər hesab edirlər ki, narahatlıq, depressiya və asılılıq kimi problemlərin artmasının mənbəyi sosial media platformaları və həddindən artıq ekran qarşısında vaxt keçirməkdir.

Bundan əlavə, fiziki fəaliyyətin olmaması, qeyri-kafi yuxu və iqlim dəyişikliyinin də mövcud vəziyyətə təsir etdiyi düşünülür.

Z və alfa nəsli böyüdükcə bu tendensiyasının necə davam edəcəyi bəlli olmasa da, tədqiqatçıları psixi sağlamlıqdakı azalmaların kortəbii şəkildə sağalması və ya yox olmasını gözləmirlər.

Billurə