Gəncə sakinindən bir ədəd avtomat götürülüb

3
Yan
2024
12:42

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Məhsəti qəsəbə sakini Adil Məmmədov saxlanılıb.

DİN-dən Azreform.info -a verilən xəbərə görə, onun evinə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “AK-74” avtomat silah, 14 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

Araşdırma aparılır