Ətirli şamların yandırılması insanları xəstə edə bilər.
Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bu barədə Macarıstanın Semmelweis Universitetinin əməkdaşı Dr. Tamas Pandiks açıqlama verib. O bildirib ki, şamdakı qoxular miqren, göz və boğaz qıcıqlanması və tənəffüs xəstəlikləri riskini artıra bilər:
"Bunlar kanserogen olmaya bilər, lakin bu maddələr qaraciyərə yük verir, metabolik proseslərimiz onları emal etməyə hazır deyil",- deyə o söyləyib.
Billurə Yunus