Göyçayda altıotaqlı ev yanaraq kül oldu

2
Yan
2024
14:28

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib.

Bu barədə Azreform.info -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, Çaxırlı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kvadratmetr) olan ikimərtəbəli altıotaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.