Yeni ildə insanlar coşğu və əyləncədən daha çox yeyib-içməyə üstünlük verir.
Azreform.info “Hürriyet”ə istinadla xəbər verir ki, buna görə də ertəsi gün susuzluq, baş ağrısı, həzm problemləri, yuxusuzluq, yorğunluq və konsentrasiya itkisi kimi bir çox sağlamlıq problemi ilə qarşılaşa bilərik.
Qidalanma və pəhriz mütəxəssisi Sıla Bilgili Tokgöz yeni il gecəsindən sonra yüngül səhər yeməyi hazırlamağı məsləhət görür. Onun sözlərinə görə, bayramın ilk günlərində insanlar yuxudan gec oyanacağı üçün gündə 3 yox, 2 dəfə yemək məqsədəuyğundur.
Həkim deyir ki, səhər yeməyində qatıq, yumurta, pendir və bol göyərtidən ibarət yemək qəbulu faydalı ola bilər.
Mütəxəssis həmçinin axşam yeməklərinin də yüngül olması gərəkdiyini deyir.
“Yeməklərinizi az yağlı və az duzlu hazırlayın. Ət əvəzinə tərəvəz şorbası, paxlalı salat və ya zeytun yağı ilə tərəvəz yeməyi seçə bilərsiniz. Şorba olaraq brokoli şorbası, balqabaq və ya qovrulmuş bibər şorbası hazırlayıb qatıqla birlikdə istehlak edə bilərsiniz.
Salata alternativi olaraq noxud və ya qurudulmuş qara noxud, bol göyərti, qırmızı kələm və nar dənələri olan salat qabı uyğun olardı.
Zeytun yağında qatıqla qızardılmış pırasa, portağal, və ya heyva ilə istehlak edə bilərsiniz. Naharı mümkün qədər tez yeməyə və tez yatmağa çalışın. Mədəniz və bədəniniz dincəlməlidir” – o söyləyib.
Billurə