“Real”ın lideri kürəyinə dahi idmançıların şəkillərini döydürdü - FOTO

30
Dek
2023
22:42

“Real Madrid”in cinah oyunçusu Vinisius Junior məşhur idmançıların şərəfinə bütün kürəyinə döymə etdirib.

Braziliyalı futbolçunun kürəyində Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələri Maykl Cordan və Kobe Brayant, həmçinin onun həmyerliləri, 20-ci əsrin ən yaxşı futbolçusu Pele və dünyaşöhrətli boksçu Məhəmməd Əlinin şəkli var.

Vinisius hazırda Kolumbiya ilə DÇ-2026-nın seçmə mərhələsində aldığı zədəni sağaldır.
Qeyd edək ki, braziliyalı 2018-ci ildən Madrid klubunda çıxış edir. Bundan əvvəl o, Braziliyada “Flamenqo”da çıxış edib. İspaniya komandasının tərkibində Vinisius iki dəfə ölkə çempionu olub, iki dəfə Super Kubok və bir dəfə ölkə Kubokunu qazanıb, 2021/22 mövsümündə cinah oyunçusu Çempionlar Liqasının qalibi olub.