Gəncədə ərzaq mağazası yandı

23
Dek
2023
15:35

Gəncədə yanğın baş verib.

Azreform.info xəbər verir ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetr sahəsi olan mağazada anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ərzaq mağazasının lambirindən ibarət tavanı, dam örtüyünün taxtaları və rəflərə yığılan ərzaq malları yanaraq yararsız hala düşüb. Mağazaya bitişik olan ev və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, mağaza sahibinə 4-5 min manat ziyan dəyib.

Hadisənin başvermə səbəbi araşdırılır.