Şuşa yolunda ağır qəza, ölən və yaralanan var

23
Dek
2023
11:07

Şuşa yolunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ilkin məlumata görə, betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib.

Yol qəzası nəticəsində, Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.