Vətən müharibəsi iştirakçısı vəfat ETDİ

22
Dek
2023
22:35

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün vəfat edib.

Azreform.info xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb.

1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.