Kişi dəm qazından zəhərlənərək öldü

22
Dek
2023
10:28

Yevlax rayon sakini yaşadığı evin hamam otağında ölü tapılıb.

“Report” xəbər verir ki, 1959-cu il təvəllüdlü Ağayev Osman Allahverdi oğlunun yaşadığı Yevlax şəhəri İ.Dəmirov küçəsi, ev 82 ünvanında yerləşən mənzilin hamam otağında meyiti aşkarlanıb.

Onun hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcı qurğudan ayrılan dəm qazından zəhərlənərək öldüyü müəyyən olunub.