Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

21
Dek
2023
22:42

Ağdaşda avtomobil piyadanı vurub.

Azreform.info xəbər verir ki, hadisə nəticəsində Ağdaş rayon Xosrov kənd sakini 1991-ci il təvəllüdlü Musayeva Nərgiz Firamil qızı agır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq piyada xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.