2 ay açıq dənizdə qalan kişi nə yeyib?

17
Okt
2024
00:21

67 gün Oxot dənizində qayıqda qalan və dünən xilas Mixail Piçuqin necə sağ qalmasını danışıb.

Azreform.info "Medicina"ya istinadən xəbər verir ki, qardaşı və qardaşı oğlu ilə 3 nəfər qayıqla 2 həftəlik səyahətə çıxıblar.

"Su və qida ehtiyatı iki həftə üçün nəzərdə tutulmuşdu. Bundan sonra yağış suyunu toplamalı oldum. Üstəlik noxudu isladıb istifadə etməli idim ki, uzun müddət çatsın", - deyə M.Piçuqin bildirib.

M.Piçuqin əlavə edib ki, lövbər ona tufan zamanı batmamağa kömək edib.

Qayıqda olan iki nəfər tufanda həyatını itirib, bir nəfər sağ qalıb.