Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdi

16
Okt
2024
18:28

Qazaxıstan yaxın vaxtlarda BRİKS-ə müraciət etməkdən çəkinmək qərarına gəlib.

Azreform.info xəbər verir ki, bu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib.

“Çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən imtina edəcək, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, habelə bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri nəzərə alacaq", - Uali qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda, Qazaxıstan təşkilatın təkamülünü maraqla izləyir və onu yaradan dövlətlərin liderlərinin istənilən fövqəlgüclərin hegemonluğundan azad, ədalətli, demokratik dünya nizamı qurmaq üçün səy göstərmək çağırışlarını dəstəkləyir.

Mürtəza
Azreform.info