Qumar oynamaq üçün yeni doğulan körpəsini satdı

9
Okt
2024
18:28

İndoneziyanın Tangeranq şəhərində 36 yaşlı ata yeni doğulan körpəsini satıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, o, uşağını 700 funt sterlinqə (təx. 1600 AZN) satıb.

Körpənin anası evə qayıdıb və uşağını tapa bilməyəndə vəziyyət üzə çıxıb.

Ata qumar oynamaq üçün uşağını satdığını etiraf edib.

Polis uşağı taparaq anaya verib. Ata ilə yanaşı, daha 2 nəfər saxlanılıb.

İndoneziya qanunlarına əsasən, təqsiri sübuta yetirilərsə, onları 15 ilə qədər həbs və ya 30 min funt sterlinq (təx. 67 min AZN) pul cəzası gözləyir. 

Bu hadisə uşaq alverinin İndoneziyada ciddi problem olduğunu göstərir.

Qeyd edək ki, İndoneziyada keçən həftələrdə Depok şəhərində analoji körpə alveri şəbəkəsi dağıdılıb.

Billurə Yunus