Netanyahudan çağırış: Qəzzanın taleyini yaşmaq istəmirsinizsə...

9
Okt
2024
14:35

İsrail Livanın cənubunda quru əməliyyatını genişləndirdiyi bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu birbaşa Livan xalqına müraciət edib.

Azreform.info xəbər verir ki, sosial media hesabından müraciət edən İsrailin baş naziri Benyamin Netanyahu deyib: "Livanı Qəzzada olduğu kimi dağıntı və ağrı ilə nəticələnəcək uzun müharibədən xilas etmək imkanınız var. Bunun üçün ölkənizi Hizbullahdan xilas edin və müharibə bitsin”. 

Netanyahunun bu çağırışı Livanda vətəndaş müharibəsi başlatmaq istəyi kimi şərh olunur.

İsrailin üç həftəlik intensiv bombardmanları zamanı Livanda 1400-dən çox insan həlak olub, 1,2 milyon insan isə didərgin düşüb. 

Mürtəza
Azreform.info