Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ

9
Okt
2024
00:00

İsrail artıq "Hizbullah" lideri Həsən Nəsrullahın iki xələfini sıradan çıxarıb.

Azreform.info xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan sakinlərinə müraciətində bildirib.

“Biz "Hizbullah"ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun varisi və varisinin varisini öldürmüşük. Bu gün "Hizbullah" uzun illər olduğundan daha zəifdir", - o deyib.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda "Şimalın oxları" kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə "Hizbullah" lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah" hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib .

"Hizbullah"a İran dəstək verib, İsrailə yüzlərlə raket atıb.(Publika.az)