Ərdoğan Putinə ad günündə xüsusi hədiyyə göndərib - Köməkçisi açıqladı

8
Okt
2024
17:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə ad günündə xüsusi hədiyyə göndərib.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O, Ərdoğanın hədiyyəni Putinlə ötən gün telefonla danışmazdan əvvəl göndərdiyini bildirib.

"Türkiyə prezidenti dünənki telefon danışığından əvvəl xüsusi olaraq hədiyyə göndərdi. Bu, gözəl türk hədiyyəsi idi" – Uşakov söyləyib.

O, hədiyyənin məzmunu barədə məlumat verməyib.

Ərdoğanın Putinə göndərdiyi hədiyyənin dövlət işçilərinin qəbul edə biləcəyi 3000 rubl limitindən aşağı olub-olmamasına gəlincə isə Uşakov “limitdən bir az çoxdur” deyib.

Putinin ad günü üçün başqa hədiyyələr alıb-almadığını soruşduqda rusiyalı rəsmi təfərrüatları açıqlamadan “hədiyyələr var idi” deməklə kifayətlənib.

Billurə Yunus