"Qarabağ" niyə məhz MOİK-lə Xankəndidə qarşılaşır? - AÇIQLAMA

20
Dek
2023
22:14

"Qarabağ"ın məhz MOİK-lə qarşılaşmasının simvolik mənası var.

Bu sözləri Azreform.info -a idman jurnalisti Ağa Dadaşzadə bildirib.

O qeyd edib ki, dekabrın 21-i Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda baş tutması, həm də mesaj xarakteri daşıyır.

"Qarabağ iqtisadi rayonu ərazisində məhz "Qarabağ" futbol klubunun oyuna çıxması aydın məsələdir. Ağdam təmsilçisi doğma meydan hesab olunan, özü də Qarabağın mərkəzi sayılan stadionda top qovacaq. MOİK-in isə ordu idman klubu olması, hərbçilərimizin qələbəsini simvolizə edir. Qarabağdakı ilk futbol qarşılaşması bu baxımdan böyük əhəmiyyət kəsb edir", - idman jurnalisti bildirib. 

426993

A.Dadaşzadənin sözlərinə görə, futbolsevərlər "köhlən atlıların" rəqibinin "Neftçi" olmasını arzulasalar da, bu, Xankəndidəki açılış matçı üçün bir qədər uyğun deyil: "Növbəti mərhələdə "Qarabağ"la paytaxt təmsilçisinin üz-üzə gəlmə ehtimalı böyükdür. Çox güman rəqabəti maraq doğuran bu klubların Xankəndi şəhərində qarşılaşmasının da şahidi olacağıq".