“Everton”un 22 yaşlı yarımmüdafiəçisi Amadu Onana “Mançester Yunayted” və “Barselona”nın hədəfindədir.
Xəbəri verən mənbə iddia edib ki, “Mançester Yunayted” belçikalı futbolçunun çıxışlarını izləməkdə davam edir. “Barselona”nın mütəxəssisləri isə artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıblar.
Öz növbəsində “Everton” istedadlı futbolçuya görə 55 milyon avro tələb edir.