Azərbaycan Premyer Liqası: VII turun daha bir oyunu keçirilib

22
Sen
2024
20:07

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

 "ASCO Arena"da baş tutan matçda "Səbail" "Sabah"ı qəbul edib.

Məhsuldarlığı ilə yadda qalan qarşılaşma "bayquşlar"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura saat 20:30-da başlayacaq "Sumqayıt" - "Zirə" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.