Hizbullah İsrailin imkanlarını hiss etməyə başlayır - Qallant

22
Sen
2024
22:28

İsrail şimal ərazilərdəki sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər Hizbullaha qarşı fəaliyyət göstərməyə davam edəcək.

Azreform.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“Bu missiyanı yerinə yetirmək üçün bütün lazımi vasitələrdən istifadə edəcəyik. Hizbullah İsrailin bəzi imkanlarını hiss etməyə başlayır”, - Qallant bildirib.