Peskov: "Rusiyanın qələbədən başqa alternativi yoxdur"

22
Sen
2024
18:56

"Rusiya üçün Ukraynadakı xüsusi hərbi əməliyyatda qələbəyə alternativ yoxdur".

Azreform.info xəbər verir ki, bunu sentyabrın 22-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalist Pavel Zurubinə müsahibəsində deyib.

Bundan əlavə, Peskovun fikrincə, Rusiya onu strateji və taktiki cəhətdən məğlub etməyi planlaşdıran Qərbin mövqeyini ciddi qəbul etməyə borcludur.

Onun sözlərinə görə, Moskva bütün məqsədlərə nail olmaq, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirmək və münaqişədə qalib gəlmək üçün Qərb ölkələrinin mövqeyini nəzərə alaraq hərbi əməliyyatları davam etdirməlidir.