İranda güclü zəlzələ

22
Sen
2024
17:49

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.