Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir

19
Sen
2024
00:56

Rumıniya ABŞ-dən 44 amfibiya maşını almaq niyyətindədir.

Azreform.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik AAV-7 tırtıllı amfibiya-hücum maşınlarının alınması üçün ölkə parlamentinə müraciət edib.

Texnikanın alınması üçün ABŞ Dəniz Piyadaları Korpusu ilə müqavilə bağlanmalıdır.

Bildirilir ki, təchizat Rumıniya ordusunun 2040-cı ilə qədər transformasiyası proqramının icrası çərçivəsində həyata keçirilir.

Müraciətə parlamentin sentyabrın 23-də keçiriləcək plenar iclasında baxılacaq.