İqtisadçılar “Veysəloğlu”nu ziyarət ediblər

18
Sen
2024
17:57

 

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim İmanovun rəhbərliyi ilə iqtisadçı alimlərdən ibarət nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunu (VŞQ) ziyarət edib.

Avrasiya.net xəbər verir ki, əvvəlcə onlar şirkətə aid Məhəmmədi qəsəbəsindəki Logistika Mərkəzi və “Xonça” fabrikinin fəaliyyəti ilə yaxından tanış olublar. Sonra iqtisadçılara “Veysəloğlu”, “Araz” və “Oba”nın ofisindəki iş şəraiti nümayiş etdirilib. Ardınca “Veysəloğlu” Şirkətinin ofisində şirkət rəhbərliyi ilə iqtisadçılar arasında qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlara şirkətin inkişaf dinamikası və gələcək perspektivləri ilə bağlı ətraflı təqdimat edilib. Qərara alınıb ki, ölkə iqtisadiyyatına daha böyük faydalar vermək üçün gələcəkdə İqtisadiyyat İnstitutu ilə “Veysəloğlu” şirkəti arasındakı əməkdaşlıq davam etdirilsin.