Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək

19
Dek
2023
20:21

UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək. 

Azreform.info xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək. 

Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.(Offsideplus.az)