Kütləvi etirazların yeni dalğası İsraili bürüdü

15
Sen
2024
02:21

İsraildə minlərlə nümayişçi hökumətdən Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini təmin etməyi tələb ediblər.

Azreform.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, minlərlə etirazçı şəhərin şərqindəki hökumət kompleksinin qarşısındakı küçələrə yığışaraq İsrail girovlarının evlərinə qayıtmasına imkan verəcək Qəzza razılaşmasını tələb ediblər.