Şahzadə ərindən boşanmasının şərəfinə ətir buraxdı

14
Sen
2024
15:21

Şeyx Məhəmmədin qızı Dubay şahzadəsi Mahra ərindən ayrıldıqdan səkkiz həftə sonra yeni “Divorce” ətrini təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şahzadə iyul ayında ərindən boşandığını açıqlamışdı. 

Şahzadə “Instagram”da güc və azadlıq simvolu kimi gördüyü qara qızılgüllər, sınmış şüşələr və pantera baxışlı kadrları olan ətir reklamının görüntülərini paylaşıb. Ətrin satışı ilə bağlı məlumat hələ ki, məlum deyil.

Qeyd edək ki, “Divorce” ətrinin adı ingilis dilindən tərcümədə boşanmaq deməkdir.