Rusiyada yaşayış binasında yanğın - 9 ölü

12
Noy
2023
13:29

 

Rusiyanın Tomsk şəhərində ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

 Azreform.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qurumu məlumat yayıb. 

Yanğın noyabrın 12-nə keçən gecə yerli vaxtla saat 03:29-da Vanzetti küçəsindəki evdə baş verib. Alov 165 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər gələn zaman alov ikinci mərtəbədəki mənzilləri bürüyüb. Təcili yardım xidmətləri iki nəfəri pəncərələrdən çıxararaq xilas edib.

Yanğın yerli vaxtla saat 06:05-də söndürülüb. Onun söndürülməsinə 31 nəfər, 8 texnika iştirak edib. Hadisənin səbəbi məlum deyil.