Ərdoğan: Krım Ukraynaya qaytarılmalıdır

11
Sen
2024
16:35

Türkiyə Krımın ilhaqını tanımır.

Azreform.info “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.

R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".