Qanunsuz vizaları verməkdə şübhəli bilinən səfirliyin əməkdaşı saxlanılıb

12
Noy
2023
13:11

Ukrayna Xarici İşlər Nazirliyi Pakistan və Banqladeş sakinlərinə Avropa İttifaqı ölkələrinə səfər etmək üçün qanunsuz olaraq Ukrayna vizaları verməkdə şübhəli bilinən səfirliyin əməkdaşını geri çağırıb və vizaların verilməsinə nəzarəti dərhal gücləndirməyi öhdəsinə götürüb.

Azreform.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti Facebook-da məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Ukrayna Xarici İşlər Nazirliyi korrupsiyaya qarşı sıfır dözümlüdür və ayrı-ayrı işçilərin korrupsiya halları aşkar edilərsə, onlar “qətiyyətli cavab və cəza” alacaqlar.

“Sözügedən konsulluq məmurunun korrupsiya əməlləri çətin şəraitdə 24/7 vətəndaşlarımızın maraqlarını fədakarlıqla qoruyan yüzlərlə Ukrayna konsulunun işinə xəyanətdir”, - nazirlik qeyd edib.