“Neftçi”nin “Qarabağ”ı təbrik etməməsində Qurbanovdan reaksiya

18
Dek
2023
23:49

“Yəqin ki, rəhbərlik səviyyəsində təbrik ediblər. Burda böyük qəbahət görmürəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli məşqçi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandıqlarına görə digər klubların təbrik etdiyi halda, “Neftçi”nin onları tərbik etməməsi ilə bağlı suala cavab verib: “Düşünmürəm ki, nəsə ciddi bir şeydir. Bu gün də burada rəhbərliyi bizi təbrik etdi. Yəni böyüdüləsi bir şey yoxdur”.