"Bu İdarənin funksiyasının nədən ibarət olduğu sirr olaraq qalır"

12
Noy
2023
11:43

Azreform.info xəbər verir ki, bunu Gürcüstan Naminə partiyanın sədri Fazil Əliyev deyib.

"Gürcüstan Müsəlmanları İdarəsinin nə vaxt kimlər tərəfindən, hansı parametrlərlə seçilməsi, onların funksiyalarının nədən ibarət olduğunu bu günə qədərdə bilən yoxdur, bu bir sirr kimi qalmaqdadır. Gürcüstan konstitusiyasında din dövlətdən ayrıdır maddəsi islam dininə dini işlər üzrə agentliyin rəhbərlik edib maliyələşdirməsi, istiqamətləndirməsi və s bu maddəni kobud surətdə pozulmasıdır" , - deyə o, əlavə edib.

"Biz heç vaxt müsəlman acar, kist, türk və s qardaşlarımızın bir yerə yığılıb hansısa dini tədbir və mərasim keçirdiyinin şahidi olmamışıq. Bu bir daha onu göstərir ki, müqəddəs Qurani-Kərimdə yazılan, müsəlman müsəlmanın qardaşıdır sözlərinə Gürcüstanda əməl olunmur. Müxtəlif məzhəblədən olan müsəlmanlar dövlətin seçdiyi və ya təyin etdiyi dini ruhaniləri tanımırlar, nəticədə dinimiz anarxiyaya, qarşıdurmaya, parçalanmağa vadar edilir. Hələ ki, dini və milli azlıqlar haqda parlamentdə qanun qəbul edilməyib, belə bir vəziyyətdə istənilən dini təşkilatın fəaliyyəti, seçkiləri, vəzifələri, hərəkətləri qeyri qanunidir. Qanunla tənzimlənməyən hər şey qeyri qanunidir" , - deyib Fazil Əliyev.