Məktəblilər mikroavtobusda dəm qazından zəhərləndilər

18
Dek
2023
12:35

Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Qaranuru kəndində baş verib.

Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.