Bir ölkədə fəlakət: 1,5 milyondan çox insan köməksiz vəziyyətdə qalıb - VİDEO

22
Avq
2024
11:35

Banqladeşin cənub-şərqində leysan yağışlar və daşqınlar nəticəsində 1,5 milyondan çox insan köməksiz vəziyyətdə qalıb.

Azreform.info xəbər verir ki, Banqladeşin Feni, Cumilla və Noakhali bölgələrində yağan güclü yağış nəticəsində çoxlu yollar və evlər su altında qalıb.

Rəsmi qurumların verdiyi xəbərə görə, adıçəkilən bölgələrdə 1,5 milyondan çox insan daşqın nəticəsində köməksiz vəziyyətdə qalıb. Hazırda onların xilas edilməsi istiqamətində tədbrilər görülür.

Mürtəza
Azreform.info