Ermənistanın müdafiə naziri cərimləndi

21
Avq
2024
11:14

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı cərimələyib.

Azreform.info xəbər verir ki, bu barədə "Pastinfo" yazır.

Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvü olarkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib. 

Belə ki, Papikyan 2022-ci ildə partiya ödənişlərinin bank köçürməsi edilməsi  ilə bağlı qanunun tələbinə əməl etməyib. Buna görə də Papikyan 100 min dram (təxminən 260 dollar – red.) cərimə olunub.

Mürtəza
Azreform.info