İranda zəvvarların olduğu avtobus aşdı - 35 nəfər öldü

21
Avq
2024
09:42

İranda içərisində 53 pakistanlı zəvvarın olduğu avtobus aşıb.

APA-nın xəbərinə görə, İranın Yəzd vilayətindəki sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə nəticəsində 35 nəfər ölüb, 18 nəfər yaralanıb.

    Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

    İlkin versiyaya əsasən, qəzaya nəqliyyat vasitəsinin əyləc sistemində yaranmış problem səbəb olub.

    Əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Hadisənin səbəbi araşdırılır.