Lukaşenko: Ermənistan kimə lazımdır ki!?

20
Avq
2024
18:21

Belarus prezidenti Aleksandr Lukaşenko bəzi postsovet ölkələrini qarşılıqsız Rusiyadan imtiyazlar almağa çalışmasına görə ittiham edib.

Azreform.info xəbər verir ki, o bu barədə “Rossiya” telekanalına müsahibəsində Ermənistandakı vəziyyəti də şərh edib. 

Belarus lideri növbəti dəfə Ermənistan və ermənilərin ünvanına sərt ifadələr işlədərək onları aşağılayıb.
“Ermənilər bizdən başqa kimə lazımdır ki? Heç kimə... İqtisadiyyatlarını inkişaf etdirsinlər, öz resursları ilə yaşasınlar. Fransa, yaxud da Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”, - Lukaşenko bildirib.

Mürtəza
Azreform.info