Futbolçumuz Albaniya çempionatında komandasına qələbə qazandırdı

17
Dek
2023
00:35

Fubtol üzrə Albaniya çempionatında çıxış edən azərbaycanlı futbolçu komandasının qələbə topunu vurub.

Azreform.info xəbər verir ki, futbolçumuz Vüsal İsgəndərli “Eqnatiya”nın heyətində 80-ci dəqiqədə fərqlənərək komandasının ikinci qolunu vurub. 

Vüsalın qolu səfərdə “Dinamo Tirana”nı 2:1 hesabı ilə məğlub etməyə kömək edib.(Oxu.Az)