Məhkəmə "tiktokçu" Ləman Vəliyeva haqda qərar verdi - YENİLƏNİB

16
Dek
2023
22:56

Xəbər verdiyimiz kimi, sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb. 

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, araşdırma nəticəsində toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 (min) manat cərimə edilib və sərbəst buraxılıb.
 
Daxili İşlər Nazirliyi AZXEBER.COM-a faktı təsdiqləyib.

***

“TikTok” fenomeni Ləman Vəliyeva saxlanılıb.

Azreform.info ” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək”.