Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

16
Dek
2023
22:35

Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azreform.info a daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ 21099 markalı avtomobilin yan güzgüsünə dəymiş daha sonra arxadan gələn Mercedes markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir