Xaçmazda bir tondan artıq çətənə kolu məhv edilib

5
Avq
2024
18:00

Xaçmazda 1 ton 671 kq çətənə kolu məhv edilib.

Azreform.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qaraçı kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 671 kiloqram olan 1 342 ədəd çətənə kolu yandırılaraq məhv edilib.