Azərbaycan çempionatlarında son beş mövsümün ən məhsuldar heç-heçəsi qeydə alınıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, bu, II Liqanın XIV turunda baş verib.
“Lerik” və “Dinamo” komandaları arasında matçda 8 qol vurulub – 4:4.
Ölkə çempionatında daha məhsuldar bərabərlik sonuncu dəfə 2018/19 mövsümündə gerçəkləşib. Həmin vaxt I divizionda 10 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.
2019-cu il fevralın 15-də keçirilən qarşılaşmada “Səbail-2” və “Sumqayıt-2” hərəyə beş qol vurub. Həmin görüşdən 1764 gün sonra yenə məhsuldar sülh qeydə alınıb.