PSJ-nin keçmiş baş məşqçisi həbs oluna bilər

16
Dek
2023
20:35

Nitsa prokurorluğu PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin irqçilik ittihamı ilə bir illik şərti cəzaya məhkum edilməsini istəyib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Le Parisien” nəşri xəbər verir.

Bundan əlavə, ittiham tərəfi 57 yaşlı fransalı mütəxəssisin 3 il müddətinə diskvalifikasiya edilməsini tələb edir. Onu 45 min avro cərimə də gözləyir.

Aprelin 12-də məlum olub ki, Qaltye “Nitsa”da işləyərkən keçmiş klub direktoru Julien Fournierə elektron məktub göndərərək, komandada çoxlu qaradərililərin və müsəlmanların olmasının yolverilməzliyinə işarə edib.

Qeyd edək ki, Qaltye 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna kimi PSJ-yə rəhbərlik edib. Bundan əvvəl o, “Nitsa”, “Sent-Etyen” və “Lill” klublarında çalışıb.(Qafqazinfo)