Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni qəbul edəcək

16
Dek
2023
09:07

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək.

Azreform.info ın məlumatına görə, "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək. Matçın baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.

Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XVII tur

18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

Qeyd edək ki, tura dekabrın 18-da reallaşacaq "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Səbail" "Qəbələ"ni (3:0), "Araz-Naxçıvan" "Sabah"ı (2:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1.