Çexiyanın müdafiə naziri Ukraynaya səfər etdi

28
İyl
2024
06:35

Çexiyanın müdafiə naziri Yana Çernoxova Ukraynaya səfər edib.

Azreform.info xəbər verir ki, Çernoxova səfər çərçivəsində Çexoslovakiya legionlarının şərq cəbhəsində fəaliyyətə başlaması ilə bağlı olan Zborovska məzarında anım tədbirinə qatılıb.

O, həmçinin bu yaxınlarda həlak olan Ukrayna əsgərlərinin xatirəsini ehtiramla yad edib.

Nazir yerli hakimiyyət nümayəndələri ilə qarşıdan gələn qışa qədər mümkün humanitar yardımları müzakirə edib.