Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb

24
İyl
2024
20:35

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, traktor sürücüsü yüngül xəsarət alıb.

Onun sözlərinə görə, traktor sərhəddə mühəndis işləri apararkən partlayıb.

Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş İcevan şəhər xəstəxanasına çatdırılıb, vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.