Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

24
İyl
2024
16:42

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin komissiyalarının tərkibində dəyişiklik qərara alınıb.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.