Moskva Zelenskinin "göz yaşları"na inamır

24
İyl
2024
14:28

Volodimir Zelenskinin Ukrayna münaqişəsinin tez bitməsi ilə bağlı bəyanatları ABŞ-də keçirilən seçki turları ilə bağlıdır. 

Azreform.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosuna açıqlamasında deyib.

“Bunlar Kiyevin Ağ Ev ətrafında baş verən hadisələr və qarşıdan gələn seçkilər fonunda göndərdiyi impulslardır, buna bu kontekstdə baxılmalıdır”, - Zaxarova bildirib.

O vurğulayıb ki, bu işdə Zelenskinin səmimiyyətinə arxalanmağa ehtiyac yoxdur.

Mürtəza
Azreform.info