Baş nazirdən dəmiryol nəqliyyatı ilə bağlı yeni qərar

24
İyl
2024
13:21

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib.

Azreform.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar Azərbaycanda dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Şəhərətrafı qatarda 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz, 7 yaşdan böyük uşaqlar gedişhaqqı ödənilməklə daşınacaq.